Ana səhifə / Sosial / “Fazil Ələkbərovun DİN rəhbərliyinə gətirilməsi uğurlu təyinatdır” – DEPUTAT

“Fazil Ələkbərovun DİN rəhbərliyinə gətirilməsi uğurlu təyinatdır” – DEPUTAT

Xəbər verdiyimiz kimi dünən Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Fazil Ələkbərov daxili işlər naziri təyin olunub. Bəzi mətbuat orqanları bu təyinatı Vasif Talıbovun öz qohumuna vəzifə verməsi kimi təqdim edib.

Naxçıvandan seçilmiş deputat Qüdrət Həsənquliyev bununla bağlı Moderator.az -a açıqlama verib.

Millət vəkili bu təyinatın uğurlu olduğunu bildirib:

“Mən əminəm ki, Naxçıvan sakinləri də bu təyinatı çox böyük məmniniyyətlə qarşılayıblar. Fazil Ələkbərovu tanıyanlar bilirlər ki, o, çox mədəni, vicdanlı, eyni zamanda prinsipial bir şəxsdir. İnanırıq ki, Fazil Ələkbərov ona göstərilən etimadı doğruldacaq, Naxçıvanda sabitliyin, təhlükəsizliyin qorunmasında, vətəndaşların hüquqlarının müdafiəsində əlindən gələni edəcəkdir.Bəzi mətbuat orqanlarında onun Vasif Talıbovun qohumu olduğu üçün vəzifəyə təyin olunması ilə bağlı aparılan kampaniya düşünürəm ki ədalətsiz yanaşmadır. Fazil Ələkbərov bu vəzifəyə təyin olunmağa layiq şəxslərdən biri idi”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın