Bazar ertəsi , May 13 2024
Ana səhifə / Sosial / “Artur Rasizadə nəinki buldozer, ən müasir tankdan güclüdür” – DEPUTAT

“Artur Rasizadə nəinki buldozer, ən müasir tankdan güclüdür” – DEPUTAT

Deputat Yevda Abramov mətbuatda “Baş nazirin sonuncu hesabatıdır və o istefaya gedəcək” tipli xəbərlərin yayılmasına münasibət bildirib və bunu ürəkbulandırıcı adlandırıb:

“Bu, bizə yaraşmır. Bilirsiniz, niyə yaraşmır? O xalq, o millət ki, prezidentini, Baş nazirini, spikerini sevir, o xalq xoşbəxt xalqdır, o ölkə güclü ölkədir. Belə ölkə balacalığından, ərazinin kiçikliyindən, xalqının sayından asılı olmayaraq böyük dövlətlərdən də güclüdür. Mən kiməsə yaltaqlanmaq fikrində deyiləm. Amma elə vəzifə, elə sahələr var ki, o vəzifələri yaşlı insanlara etibar etmək böyük xoşbəxtlikdir. İsraildə bir Baş nazirə “buldozer” (Ariel Şaron – red) ləqəbi vermişdilər. Allah qəni-qəni rəhmət eləsin, Artur müəllim onun torpağı sanı yaşasın, bizim Baş nazir nəinki buldozer, dünyanın ən müasir tanklarından da güclüdür.” (Meydan.tv)

Həmçinin oxuyun

“Keşlə bazarını söksələr, yüzlərlə insan işsiz qala bilər”

30 ilə yaxındır fəaliyyət göstərən Keşlə bazarı sökülmək təhlükəsi ilə üz-üzə qalıb. Bakının Baş planında …

Bir cavab yazın