Ana səhifə / Sosial / Anası koronavirusdan ölən azərbaycanlı: “Ailə üzvlərimizin də vəziyyəti yaxşı deyil”

Anası koronavirusdan ölən azərbaycanlı: “Ailə üzvlərimizin də vəziyyəti yaxşı deyil”

Xəbər verdiyimiz kimi Rusiyada koronavirusa yoluxanlar arasında azərbaycanlılar da var. Dünən bir nəfər Rusiya vətəndaşı olan soydaşımız koronavirusdan dünyasını dəyişib.

Əslən Kəlbəcər rayonu Zülfüqarlı kəndindən olan Akif Ələsgərovun həyat yoldaşı Gültəkin Əələsgərova vəfat edib.

Modern.az mərhumun ailə üzvləri ilə əlaqə saxlamağa çalışıb.

Mərhumun oğlu açıqlamasında digər ailə üzvlərinin də vəziyyətinin yaxşı olmadığını deyib:

“Digər ailə üzvlərimizin də vəziyyəti yaxşı deyil. Onlar da karantinə alınıblar və müalicələri davam etdirilir”.

Gültəkin Ələsgərovanın oğlu anasını Azərbaycanda dəfn etmək istədiklərini də qeyd edib:

“Anam Rusiya vətəndaşı olsa da, öz vətənimizdə dəfn olunmasını istəyirik. Hazırda meyitin Azərbaycana aparılması istiqamətində Diasporla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparırıq”.

Həmçinin oxuyun

İmtahanda 62 bal toplayan müəllim BŞTİ-nin müdir müavinindən şikayətçidir

2023-cü ildə Bakı üzrə keçirilən direktor müavinlərinin işə qəbulu imtahanında 62 bal toplayan informatika müəllimi …