Ana səhifə / Sosial / 2 manatlıq şirkət 1500 manat cərimələndi

2 manatlıq şirkət 1500 manat cərimələndi

Dəmiryolu nəqliyyat vasitələri ilə ölkə ərazisinə daxil olmuş yük üçün gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim etmədiyi üçün “Paşa-K” Firması barəsində protokol tərtib edilib. 

Qaynarinfo-nun məlumatına görə, nizamnamə kapitalı 2 manat olan şirkətin qanuni təmsilçisi Elxan Rzayev Abduləli oğluna İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə cərimələ protokolu yazılıb.

Məhkəmənin qərarı ilə Elxan Rzayev İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 1500 manat cərimələnib.

Həmçinin oxuyun

Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə başlanıldı (VİDEO)

“Dönərxanalarla bağlı agentlikdə daha genişmiqyaslı tədbirlər həyata keçirilir”. Bunu Baku TV-yə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi …