Ana səhifə / Cəmiyyət / Xocalıda kitabxanadan silah-sursat aşkarlandı – Fotolar

Xocalıda kitabxanadan silah-sursat aşkarlandı – Fotolar

Xocalı rayonun Ballıca kəndi ərazisində yerləşən kitabxanadan silah-sursat aşkarlanıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.
Verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ballıca kəndi ərazisində yerləşən kitabxanadan 3 ədəd 12.7 mm-lik “TŞK” markalı pulemyot, 5 ədəd 12.7 mm-lik “PK” markalı pulemyot, 42 ədəd müxtəlif çaplı “AK” markalı avtomat, 1 ədəd 30 mm-lik “AQS-17” markalı qumbaraatan, 4 ədəd “RPQ-5” markalı qumbaraatan və sayda müxtəlif silahlara məxsus sursat aşkarlanıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Həmçinin oxuyun

Baş Prokurorluq “məşqçi işi” ilə bağlı açıqlama yaydı

Baş Prokurorluq 7 yaşlı Fərid Bakarovun ölümünə səbəb olmaqda ittiham edilərək həbs olunan Mehman Xəlilovun …