Ana səhifə / Siyasət / Xədicə İsmayılın apellyasiya şikayətinə baxılacaq

Xədicə İsmayılın apellyasiya şikayətinə baxılacaq

Noyabrın 19-da Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edəcək.
Məhkəmə prosesi saat 15.00-da başlayacaq.
Əvvəlki prosesdə hakim İlqar Murquzov jurnalistin ilkin məhkəmə baxışının qərarından bir ay müddətinə kassasiya şikayəti vermək hüququ olduğunu bildirib məhkəməni təxirə salmışdı.
X. İsmayıl Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 7,5 il müddətində azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan X. İsmayılova apellyasiya şikayəti verib. Şikayətdə barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması xahiş olunur.

Həmçinin oxuyun

“STOKHOLM SİNDROMU” VƏ YAXUD PAŞİNYAN ÜÇÜN UVERTÜRA

Musiqisi: Nikol.P Söz: Etibar Hüseynov Tək kriminal deyil, elə bir sıra siyasi mövzularda da ara-sıra …

Bir cavab yazın