Ana səhifə / Siyasət / Vasif Talıbov yeni qurum yaratdı – Fərman

Vasif Talıbov yeni qurum yaratdı – Fərman

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yaradılması haqqında fərman imzalayıb. Report-un xəbərinə görə, fərman məhkəmə ekspertizası sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə verilib. Sənədə əsasən, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan Filialının əsasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi yaradılıb. Fərmanla “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi haqqında Əsasnamə” də təsdiq edilib. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın