Ana səhifə / Siyasət / “Tütək səsi”nin Cəbrayılı vəfat etdi

“Tütək səsi”nin Cəbrayılı vəfat etdi

SSRİ xalq artisti, teatr və kino aktyoru Mixay Volontir sentyabrın 14-dən 15-nə keçən gecə Moldovada dünyasını dəyişib.

Məlumata görə, bu barədə 81 yaşlı aktyorun həyat yoldaşı məlumat verib.

M.Volontir uzun müddət idi ağır xəstəlikdən əziyyət çəkirdi.

Aktyor 1934-cü il, martın 9-da anadan olub. O, “Qaraçı” və “Budulayın qayıtması” filmlərində ifa etdiyi Budulay obrazı ilə məşhurlaşıb.

Azərbaycan tamaşaçıları Volontiri rejissor Rasim Ocaqovun çəkdiyi “Tütək səsi” filmində ifa etdiyi Cəbrayıl obrazı ilə tanıyıb (“Report”).

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın