Ana səhifə / Siyasət / Türkiyədəki partlayışla bağlı ilk rəsmi – Açıqlama

Türkiyədəki partlayışla bağlı ilk rəsmi – Açıqlama

“İzmir şəhərində Ədliyyə binası yaxınlığında baş vermiş partlayış PKK terror təşkilatı tərəfindən həyata keçirilib”.

Qafqazinfo”nun “Anadolu agentliyi”nə istinadən verdiyi məlumata görə, bu barədə İzmir valisi Erol Ayyıldız bildirib.

Valinin sözlərinə görə, 2 terrorçu ölü şəkildə ələ keçirilib: “Bayraqlı ədliyyəsinin qarşısından bir avtomobil keçərkən polislərimiz onu saxlamaq istəyib, silahlı atışma olub. Terrorçular hadisə yerindən qaçmaq istəyərkən bombalı maşın partladılıb və bunun nəticəsində baş verən atışma zamanı 1 polis və 1 ədliyyə işçisi şəhid olub. 3-ü polis, 4-ü mülki vətəndaş olmaqla 7 nəfər yaralanıb”.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın