Ana səhifə / Siyasət / Türkiyə ilə o ölkə arasında gərginlik – FETÖ məktəblərini bağlamadığı üçün

Türkiyə ilə o ölkə arasında gərginlik – FETÖ məktəblərini bağlamadığı üçün

Türkiyə ilə Nigeriya arasında FETÖ terror təşkilatına görə gərginlik yaranıb.

Qafqazinfo” xəbər verir ki, Nigeriya hökuməti iddia edib ki, ölkədəki FETÖ ilə əlaqəsi olan məktəbləri bağlamadığı üçün Türkiyə qisas məqsədilə 52 nigeriyalı tələbənin bir qismini həbs edib, digərlərini isə nəzarətə götürüb.

Nigeriya Türkiyəni üzr istəməyə çağırıb, əks təqdirdə eyni addımı türk vətəndaşlarına qarşı atacaqlarını bəyan edib.

“Nigeria Today”  FETÖ ilə əlaqəsi olduğu üçün bağlanan Fatih Üniversitetində oxuyan 2 nigeriyalı tələbənin 15 iyul çevriliş cəhdindən sonra həbs edildiyini, ötən həftə isə 50 nigeriyalı tələbənin Atatürk Hava limanında saxlanıldıqdan sonra deportasiya edildiyini yazıb.

Nigeriya tərəfi bəyan edib ki, ölkəsindəki FETÖ ilə əlaqəsi olduğu iddia edilən məktəblər yerli qanunları heç bir şəkildə pozmayıb və beynəlxalq hüququn tələblərinə uyğun olaraq onları bağlamayacaq.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın