Ana səhifə / Siyasət / Telman İsmayılov “Azerros”u ofisindən qovdu

Telman İsmayılov “Azerros”u ofisindən qovdu

Azərbaycanlı milyonçu Telman İsmayılov Rusiya Azərbaycanlıları Milli – Mədəni Muxtariyyatını (“Azerros”) Moskvada yerləşən ofisindən çıxarıb.

Lent. az-ın məlumatına görə, Moskvanın Krasnaya Presnya küçəsi, 24 ünvanında, Telman İsmayılova məxsus biznes mərkəzində yerləşən “Azerros”a heç bir xəbərdarlıq edilməyib. Qurum bir neçə saat ərzində ofisindən çıxarılıb. İsmayılovun adamları tez-tələsik qovulmanın səbəbləri barədə “Azerros” rəhbərliyinə heç bir izahat verməyiblər.

Məlumata görə, “Azerros” mərkəzdən bir qədər aralıda, Lenin prospekti, ev 15 ünvanında özünə kiçik qərargah tapıb.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın