Ana səhifə / Aktual / Sürücü özbaşınalığı: qadın avtobusdan yıxılıb xəstəxanalıq oldu

Sürücü özbaşınalığı: qadın avtobusdan yıxılıb xəstəxanalıq oldu

Bakıda sərnişin avtobusundan düşən qadın sürücünün nəqliyyat vasitəsini tez hərəkətə gətirməsi səbəbindən xəsarət alıb.

Lent.az-ın məlumatına görə, hadisə dekabrın 7-də saat 17 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində baş verib. Bakı şəhər sakini Reyhan Quliyeva 60 saylı xətt avtobusundan düşərkən sürücü qəflətən avtomobili hərəkətə gətirib və qadın yıxılaraq xəsarət alıb.

R.Quliyevaya dekabrın 8-də xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın