Ana səhifə / Siyasət / Tapılan 6 yaşlı uşağın atası: “2-3 gün ac-susuz qalıb”

Tapılan 6 yaşlı uşağın atası: “2-3 gün ac-susuz qalıb”

Xəbər verdiyimiz kimi, 3 gündür itkin düşən 6 yaşlı uşaq tapılıb. “ARB TV”nin virtualaz.org-a verdiyi məlumata görə, Fövqaladə Hallar Nazirliyi əməkdaşlarının Əski-İğrıq kəndi ilə Kültəpə kəndi ərazisindəki meşə massivində tapılan 6 yaşlı Natiq, Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Namiq Əliyev (uşağın atası): “3 gün idi ki, meşədə itkin düşmüşdü. Mərasim keçirilən yerdən 4-5 km aralıdan tapılıb. Yarğanın içində olub. 2-3 gün ac-susuz qalıb. Yaxşıdır. Baxırlar sağlamlığına”.

Həkimlər Natiqin həyatı üçün heç bir təhlükənin olmadığını deyirlər. 6 yaşlı Natiq müayinələrdən sonra evə buraxılacaq.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın