Ana səhifə / Siyasət / Səfir: “Hindistan Dağlıq Qarabağ münaqişəsinin…”

Səfir: “Hindistan Dağlıq Qarabağ münaqişəsinin…”

Hindistan ATƏT-in Minsk qrupunun vasitəçilik etdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları dəstəkləyir.

Bu barədə özəl olaraq Trend-ə Hindistanın ölkəmizdəki səfiri Sancay Rana bildirib.

S.Rananın sözlərinə görə, sülh danışıqları belə münaqişələrin həlli üçün ən doğru yoldur:

Səfir bildirib: “Biz tərəflər arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyirik. Hindistan hər zaman ərazi bütövlüyü və suverenlik prinsiplərini dəstəkləyib”.

Diplomat ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına və regionda sülhün hökm sürəcəyinə ümid etdiyini vurğulayıb.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …