Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / Sumqayıtda işsizlər və direktorlar yarışır – SEÇKİ

Sumqayıtda işsizlər və direktorlar yarışır – SEÇKİ

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə Sumqayıtdan qoşulanlardan 19 nəfərinin namizədliyi qeydə alınıb.

Cebhe.info xəbər verir ki, bundan başqa çox sayda namizəd imzatoplama kampaniyasını yekunlaşdıraraq sənədləri Dairə Seçki Komissiyasına təqdim edib. Qeydə alınan namizədlər arasında bitərəflər üstünlük təşkil edir- 12 nəfər…

Həmçinin YAP-dan 4 namizəd qeydiyyatdan keçib. Qeydə alınan namizədlər arasında KXCP, ASDP və Ümid Partiyasının üzvüləri də var.

Bitərəf namizədlər əsasən işsiz olsalar da, deputat seçilmək istəyənlər arasında  Mədəniyyət və İstirahət Parkının direktoru Etibar Məmmədov, “Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilov, 2 saylı MİS sədri Şirvan Eminov, Milli Məclis əməkdaşı Hacı Salayev, deputat Muxtar Babayev, İqtisadiyyat və Sənaye Nazirliyinin müaşviri Tahir Mirkişilinin də adı var.

Məlumat üçün bildirək ki, Sumqayıtda 4 seçki dairəsi var. Bunlar 41 saylı Sumqayıt I seçki dairəsi, 42 saylı Sumqayıt II seçki dairəsi, 43 saylı Sumqayıt III seçki dairəsi və 44 saylı Sumqayıt-Xızı seçki dairəsidir.

Həmçinin oxuyun

Təbriz Musayev: “Bu o deməkdir ki, tarixən ermənilərin dövləti, dövlətçilik ənənələri olmayıb”

“Belə çıxa bilər ki, erməni xalqının tarixi imperiya tarixidir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan …

Bir cavab yazın