Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Siyasət / Şagirdi döyən müəllimlə bağlı komissiya yaradıldı

Şagirdi döyən müəllimlə bağlı komissiya yaradıldı

“Həmin məktəbdəki hadisə ilə bağlı komissiya yaradılıb. Hazırda araşdırmalar gedir. Nəticəsi barədə Təhsil Nazirliyinə və ictimaiyyətə məlumat veriləcək” 

Bunu “Qafqazinfo”ya açıqlamasında Tovuz rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova rayonun Qalaboynu kəndində müəllimin şagirdləri döyməsi ilə bağlı yayılan videodan danışarkən deyib.

V. Hüseynova bildirib ki, hadisə ilə bağlı bu gün sözügedən məktəbin direktoru onun qəbulunda olub: “Direktor mənə izahat verdi ki, həmin hadisə onların məktəbində olmayıb.  Mən də məsələnin müəllimlər və şagirdlər tərəfindən araşdırılması üçün komissiya yaratdım. İndi komissiyanın işinin nəticəsini gözləyirik və bu barədə Təhsil Nazirliyinə də məlumat verəcəyik”.

 

Həmçinin oxuyun

Hikmət Hacıyevdən MÜHÜM AÇIQLAMA

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası zamanı …

Bir cavab yazın