Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Siyasət / Ramzan Kadırov hər gün işə belə gedir – VİDEO

Ramzan Kadırov hər gün işə belə gedir – VİDEO

Çeçenistanın paytaxtı Qroznıda hər səhər yollar bağlanır. Belə ki, özünü V.Putinin əsgəri olaraq görən Çeçenistan prezidenti Ramzan Kadırov, hər gün işə gedərkən onun maşın karvanından atəş səsləri eşidilir. Hansı avtomobildə olmasının bilinməməsi üçün eyni marka onlarla avtomobil hər səhər eyni yoldan hərəkət edir. Kadırovun bu addımı xalq arasında ciddi narahatlıq yaradıb. Onun avtomobil karvanında yüzdən çox avtomobilin olduğu deyilir.
Yerli əhali və kənar müşahidəçilər isə bunu Kadırovun ölüm qorxusu ilə izah edirlər. Qafqaz Əmirliyinə bağlı olan mücahidlərin 4 dekabr 2014-cü ildə Qroznıya böyük basqınından sonra, R.Kadırovun təhlükəsizlik tədbirlərini artırdığı deyilir.
R.Kadırova müxalif olan qruplar isə sosial şəbəkələrdə bu tip tədbirlərin boş olduğunu və Kadırovun nə vaxtsa atasının aqibətini yaşayacağını yazırlar.

Həmçinin oxuyun

Hikmət Hacıyevdən MÜHÜM AÇIQLAMA

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası zamanı …

Bir cavab yazın