Ana səhifə / Siyasət / Psixotrop dərmanların satışı ilə məşğul olan apteklər yoxlanıldı

Psixotrop dərmanların satışı ilə məşğul olan apteklər yoxlanıldı

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri tərəfindən bu ilin 9 ayı ərzində 12 özəl tibb müəssisəsinə və 5 aptekə baxış keçirilib, müvafiq aktlar tərtib olunub.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Eyni zamanda, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə 24 min 925 nəfər tibbi müayinədən keçib. Onlardan 554-ü narkotik vasitələrin istifadəsinə görə müayinə olunub.

Aşkar edilmiş narkotik vasitələrin növünün, çəkisinin, tərkibinin operativ surətdə müəyyən edilməsi məqsədilə Bakı şəhərində Səhiyyə Nazirliyi tərəfindən müasir zəruri avadanlıqlarla təchiz olunmuş laboratoriya təşkil edilib. Gələcəkdə müvafiq laboratoriyalar bölgələrdə də təşkil olunacaq.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın