Ana səhifə / Siyasət / Prezident yeni nazir müavini təyin etdi

Prezident yeni nazir müavini təyin etdi

Elmir Vəlizadə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olunub.

Bu barədə Prezident İlham Əliyev fevralın 2-də müvafiq sərəncam verib.

Qeyd edək ki, Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşməsindən əvvəl E.Vəlizadə rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsində işləyib.

Bir müddət əvvəl Prezidentin sərəncamı ilə Əli Abdullayev nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunmuşdu.(Trend)

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …