Ana səhifə / Siyasət / Poroşenko Azərbaycandakı səfiri işdən çıxardı

Poroşenko Azərbaycandakı səfiri işdən çıxardı

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko vəzifəsindən azad edilib.

Bununla bağlı Ukrayna prezidenti Pyotr Poroşenko müvafiq fərman imzalayıb.

Qeyd edək ki, Aleksandr Mişşenko 2011-ci ilin aprelin 6-dan indiyədək Ukraynanın Azərbaycandakı səfiri vəzifəsini icra edib. Mişşenko bundan əvvəl Ukrayna XİN-in dördüncü ərazi departamentinin direktoru işləyib. Departamentin fəaliyyət dairəsinə Mərkəzi və Şərqi Avropa ölkələri, Balkan və Cənubi Qafqaz regionlarının ölkələri, eləcə də Türkiyə daxildir.

Mişşenko, həmçinin 2003-2005-ci illərdə Ukraynanın Avstraliyada, 2005-2008-ci illərdə Türkiyədə səfiri olub. Azvision.az

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …