Ana səhifə / Siyasət / Növbədənkənar parlament seçkilərində 617 nəfərin namizədliyi qeydə alınıb

Növbədənkənar parlament seçkilərində 617 nəfərin namizədliyi qeydə alınıb

Növbədənkənar parlament seçkilərində iştirak üçün 617 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

“Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2381 nəfər müraciət edib”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, müraciət edən şəxslərin 2270 nəfərinin namizədliyi artıq təsdiqlənib: “Onlardan 2149 nəfəri imza vərəqələrini artıq götürüb, 1041 nəfəri qaytarıb, 617-i isə qeydə alınıb”.

M. Pənahov qeyd edib ki, namizədliyi qeydə alınan şəxslərin 149 nəfəri 14 siyasi partiyanın siyahısında olan şəxsdir: “6 nəfərin namizədliyi təşəbbüs qrupları, 462 nəfərin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb”.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …