Ana səhifə / Siyasət / Nizamiyə yeni rəis təyin olundu

Nizamiyə yeni rəis təyin olundu

Bakı şəhəri, Nizami Rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi vəzifəsinə təyinat olub.

” Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, bu vəzifəyə polis mayoru Firdovsi Yusubov təyin edilib.
F.Yusubov bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsində alay komandirinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Nizami Rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin əvvəlki rəisi polis polkovnik-leytenantı Fazil Quliyev olub. O, vəzifəsindən azad edilərək Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Avtonəqliyyat Vasitələrinin Axtarış Şöbəsinə rəis vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Quliyev daxili işlər nazirinin müavini – Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyevin qardaşıdır.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın