Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Siyasət / Nazir Siyavuş Novruzovun qardaşının vəzifəsini kiçiltdi

Nazir Siyavuş Novruzovun qardaşının vəzifəsini kiçiltdi

Millət vəkili Siyavuş Novruzovun qardaşının vəzifəsi kiçildilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə, Novruzov Məhərrəm Dünyamalı oğlu Dövlət Sosial Müdafiə Fondunun Nizami Rayon Şöbəsinin rəisi vəzifəsindən azad olunub.
Nazirin digər əmri ilə, M.Novruzov ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsinin 1 saylı nümayəndəliyinin müdir müavini təyin olunub.

Həmçinin oxuyun

Təbriz Musayev: “Bu o deməkdir ki, tarixən ermənilərin dövləti, dövlətçilik ənənələri olmayıb”

“Belə çıxa bilər ki, erməni xalqının tarixi imperiya tarixidir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan …