Ana səhifə / Siyasət / Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi keçiriləcək – SƏRƏNCAM

Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi keçiriləcək – SƏRƏNCAM

Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi keçiriləcək.

Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi geniş qeyd olunacaq. Sərəncama “Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” da təsdiq edilib.

Qeyd edək ki, 2017-ci ildə Naxçıvan Dövlət Universitetinin yaranmasının 50 illiyi tamam olur. Naxçıvan Dövlət Universiteti 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlayıb. 1972-ci ildə həmin filialın əsasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu yaradılıb, 1990-cı ildə isə onun bazasında Naxçıvan Dövlət Universiteti təşkil olunub. 50 ildə böyük inkişaf yolu keçən universitetin maddi-texniki və tədris bazası yaxşılaşdırılıb, 108 hektar sahədə 16 tədris korpusu, Elektron kitabxana, Konservatoriya, Sosial Xidmət Mərkəzi, Xəstəxana, Olimpiya İdman Mərkəzi, Baytarlıq Təbabəti Klinikası və Tələbə evi yaradılıb. Bununla yanaşı, universitetdə media mərkəzi də fəaliyyət göstərir. Naxçıvan Dövlət Universitetində 1967-1968-ci tədris ilində 3 ixtisas üzrə kadr hazırlığı aparılıbsa, hazırda 57 ixtisas üzrə bakalavr, 46 ixtisas üzrə magistr, 31 ixtisas üzrə doktorant hazırlığı aparılır. Fəaliyyət göstərdiyi dövrdə universitetin 30 minə yaxın məzunu olub. (APA)

Həmçinin oxuyun

“STOKHOLM SİNDROMU” VƏ YAXUD PAŞİNYAN ÜÇÜN UVERTÜRA

Musiqisi: Nikol.P Söz: Etibar Hüseynov Tək kriminal deyil, elə bir sıra siyasi mövzularda da ara-sıra …

Bir cavab yazın