Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Azərbaycanlılar “O səs Türkiyə”dən belə ayrıldı – VİDEO

Azərbaycanlılar “O səs Türkiyə”dən belə ayrıldı – VİDEO

TV8-də yayımlanan “O səs Türkiyə” müsabiqəsinin ikinci tur mərhələsi davam edir.

Musavat.com xəbər verir ki, iştirakçıları qruplaşdıraraq öncə onlar arasından ikisini seçərək duelə çıxaran münsiflərdən Gökhan-Hakan qardaşları növbəti dəfə seçim edib.

Onların 6 nəfərlik qrupunda Gülpəri Evliyaoğlu, Erdal Bayraqoğlu ilə yanaşı azərbaycanlı iştirakçılar Zerrin Mahmudoğlu, İlham Nəzərov, Gülşən İbadova və Zülfü Əsədzadə yer alıb.

Qardaşlar duelə çıxmaq üçün Erdal Bayraqoğlu ilə Gülpəri Evliyaoğlu seçib. Dörd azərbaycanlı iştirakçı ikinci tura keçməyib.

Qeyd edək ki, müsabiqədən uzaqlaşdırılan azərbaycanlı iştirakçılar bir müddət öncə mətbuata açıqlama verərək onlara qarşı haqsızlıq və qərəz olduğunu bildirmişdi.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …

Bir cavab yazın