Ana səhifə / Siyasət / Naibə Allahverdiyevanın səhhəti pisləşdi – xəstəxanaya yerləşdirildi

Naibə Allahverdiyevanın səhhəti pisləşdi – xəstəxanaya yerləşdirildi

Əməkdar artist Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib.

Axşam.az-ın məlumatına görə, gecə aktrisanın səhhəti pisləşib.

N.Allahverdiyeva əməkdaşımızla söhbətində bildirib ki, həkimlər ondan bir neçə gün xəstəxanada qalmağı tələb ediblər:

“Qəfildən çox pis oldum. Təcili xsətəxanaya yerləşdirildim. Həkimlər deyir ki, gərginlik və əsəbdəndir. Dünənkinə nisbətən indi yaxşıyam. Amma hələ düzəlməmişəm, yaxşı deyiləm. Bir neçə gün xəstəxanada qalacam”.

“Şəxsi həyatınızla bağlı nəsə problemlər var” sualına aktrisa belə cavab verib:

“Problemsiz həyat var? Həyat onlarsız keçmir. İllərin gərginliyi üst-üstə yığıldı və nəticədə belə oldum”.

Qeyd edək ki, N.Allahverdiyevanın bundan əvvəl də səhhəti pisləşmiş və xəstəxanaya yerləşdirilmişdi.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın