Ana səhifə / Siyasət / Mina xəritələrinin dəqiqəlik faizi çox aşağıdır – NAZİR

Mina xəritələrinin dəqiqəlik faizi çox aşağıdır – NAZİR

“İndiyə kimi Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqlik faizi çox aşağıdır”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin xəritələrin dəqiqliyi təxminən 25 faizdir.

“Ermənistan tərəfindən təqdim olunan yeni mina xəritələri mütəxəssislər tərəfindən təhlil edilir. Bunun üçün zaman lazımdır. Bununla da acı faciələrin qarşısını ala bilərik”, – XİN başçısı vurğulayıb.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …