Bazar ertəsi , May 6 2024
Ana səhifə / Siyasət / Metyu Brayza: “Bu, onların son imkanı və…”

Metyu Brayza: “Bu, onların son imkanı və…”

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsidir.

Bunu ATƏT-in Minsk qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza deyib.

O bildirib ki, bu, beynəlxalq münasibətləri öyrənən tələbələr üçün klassik nümunədir:

“Bu, siyasi reallıqları dəyişmək və bununla ölkəni gücləndirmək üçün siyasi vasitə qismində hərbi gücdən necə istifadə etmək lazım olduğunu göstərən vəsaitdir. Mahiyyət etibarilə, noyabrın 10-da imzalanmış saziş əsas prinsipləri, eləcə də Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisi barədə əlavə maddəni əhatə edir”.

M.Brayza hesab edir ki, həmin razılaşmada Dağlıq Qarabağın statusu məsələsinin yer almaması Ermənistanı tamamilə əlverişsiz vəziyyətdə qoyur: “Bu, onların son imkanı və Ermənistanın müharibənin davam etməsinə görə bədəlini ağır ödədiyi qiymət oldu”.(Trend)

Həmçinin oxuyun

Hikmət Hacıyevdən MÜHÜM AÇIQLAMA

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası zamanı …