Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Siyasət / Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 30-da Neftçala şəhərində vətəndaşlarla görüşəcək.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata əsasən, qəbul Neftçala rayonun Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-da olacaq.

Görüşdə Şirvan şəhərinin, Neftçala, Salyan, Biləsuvar rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşan məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında oktyabrın 29-da saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Həmçinin oxuyun

“Türkiyə və Azərbaycanla düşmənçiliyi aradan qaldırmalıyıq”

“Ermənistan Gürcüstan və İranla mehriban qonşuluq əlaqələrini dərinləşdirməli və inkişaf etdirməli, Türkiyə və Azərbaycanla isə …

Bir cavab yazın