Ana səhifə / Siyasət / İsrail Azərbaycanla strateji müttəfiqdir – Səfirlik

İsrail Azərbaycanla strateji müttəfiqdir – Səfirlik

İsrailin ölkəmizdəki səfirliyi rəsmi Bakı ilə Təl-Əviv arasında münasibətlərə dair bəzi rus və erməni KİV-lərində yayılan xəbərlərə münasibət bildirib.

Bu ölkənin Azərbaycandakı diplomatik Missiya Rəhbərinin müavini, səfirliyin Sözçüsü Avital Rosenberg AzVision.az-a bildirib ki, Azərbaycan və İsrail son 25 ildə müxtəlif sahələrdə inkişaf edən strateji əlaqələrə malikdirlər.

Açıqlamadan göründüyü kimi İsraillə ölkəmiz arasında hər hansı problem mövcud deyil, əksinə münasibətlərimiz daha yüksək səviyyədə inkişaf etməkdədir.

İsrail səfirliyinin bu açıqlaması həm də son günlər “Azərbaycan və İsrail əlaqələrinin sonunun çatdığı” barədə məlumatlar dərc edən rus və erməni mətbuatına tutarlı cavabdır.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …