Ana səhifə / Manşet / İSBAM sədri Samir Adıgözəlli Əkrəm İmamoğlu ilə görüşdü – FOTOLAR

İSBAM sədri Samir Adıgözəlli Əkrəm İmamoğlu ilə görüşdü – FOTOLAR

Qardaş Türkiyədə səfərdə olan İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin nümayəndə heyəti İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə görüşüb.

Görüşdə İSBAM sədri Samir Adıgözəlli bu qədər gərgin iş qrafikində zaman ayırıb onları qəbul etdiyinə görə öz dərin təşəkkürünü bildirib. Azərbaycanın öz haqlı mübarizəsində hər zaman qardaş Türkiyəni yanında olduğunu qeyd edən İSBAM sədri onu da xüssu ilə vurğulayıb ki, bütün xalqımız əmindir ki,bundan soınra da eyni şəkildə iki qardaş ölkənin münasibətləri artan dinamika ilə davam edəcək. Baş tutan görüşdən bir gün öncə II Qarabağ müharibəsində ölkəmizə informasiya dəstəyi verən Türk jurnalistləri mükafatlandırdıqlarını özəlliklə vurğulayan S.Adıgözəlli İstanbul Böyük şəhər bələdlyyəsinin hər zaman ölkəmizə dəstək olduğunu qeryd edib.: İstanbul Böyük şəhər bələdlyyəsinin sədri Əkrəm İmamoğlu Türkiyə Azərbaycan münasibətlərinin öz ölkəsi üçün önəmini qeyd edərək ikili münasibətləri üçün əllərindən gələni əsirgəməyəcəklərini sözlərinə əlavə edib. Görüşün sonunda bələdiyyə sədrinə dəyərli xatirə hədiyyələri təqdim olunub.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …