Ana səhifə / Siyasət / İlkin Rüstəmzadə universitetə bərpa edildi

İlkin Rüstəmzadə universitetə bərpa edildi

Siyasi fəal İlkin Rüstəmzadə İqtisad Universitetinə bərpa edilib.

O, bu barədə özünün facebook profilində məlumat verib.

İ.Rüstəmzadə yazıb: “Dostlar, indicə universitetdən çıxdım. Bir az əvvəl məni zəng edib dəvət etmişdilər. Mənə bildirdilər ki, Təhsil Nazirliyinin məktubu ilə bağlı məsələdə anlaşmazlıq olub. Şəxsiyyət vəsiqəmi alıb yarım saat ərzində bütün texniki prosedurları həll etdilər və universitetə bərpa olunmağımla bağlı əmr imzalandı. Artıq yenidən İqtisad Universitetinin tələbəsiyəm. Düzdür, yenə ödənişli olacaq, amma olsun.

Yazan, paylaşan hər kəsə təşəkkür edirəm, lakin problem məndə bitsə də, Qiyasda və Bayramda qalır. Diqqətimizi onlara yönəldək”.

Qeyd edək ki, İlkin Rüstəmzadə NİDA təşkilatının üzvüdür. O, 2013-cü ildə həbs edilib, 2019-cu ilin martında əfv sərəncamı ilə azadlığa çıxıb. Musacvat.com

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …