Ana səhifə / Siyasət / İdmançımızdan əlil arabasında möhtəşəm rəqs… – Video

İdmançımızdan əlil arabasında möhtəşəm rəqs… – Video

Ötən gün Azərbaycan Milli Paralimpiya Komitəsinin yaranmasının 20 illiyi münasibəti ilə tədbir keçirilib.
Azinforum.az-ın məlumatına görə, gecəyə paralimpiyaçı Vüsalə Kərimovanın rəqsi damğasını vurub. Belə ki, idmançı əlil arabasında Tamerlan Qədirovla rəqs edib.
Mərasimdə iştirak edən əməkdar artist Lalə Məmmədova cütlüyün rəqsini sosial şəbəkədə paylaşaraq idmançı haqda fikirlərini bölüşüb:
“Sən necə də gözəldin. Allah səni qorusun. Sən çoxlarına öz gücün, iradənlə örnəksən. Rəqsin möhtəşəm idi”.
Qeyd edək ki, V.Kərimova və T.Qədirov 2013-cü il Qitələr Kubokunun qalibləridir.
Xatırladaq ki, əlil arabasında olan paralimpiyaçı Vüsalə Kərimova 4000 metr məsafədən paraşutla tullanaraq Azərbaycan tarixində bir ilkə imza atmışdı.
Eyni zamanda, o, prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın