Ana səhifə / Siyasət / Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

Azərbaycanda hərbi qanunvericilik sənədlərinin unifikasiyası təklif olunub.

APA-nın məlumatına görə, bu məqsədlə Azərbaycan Respublikası Hərbi Məcəlləsinin layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

Bununla bağlı bir sıra qanunvericilik aktlarında düzəlişlər ediləcək, hərbi qanunvericilik sənədlərindən ibarət vahid normativ baza formalaşdırılacaq.

Yeni layihənin bu sessiya MM-də müzakirəyə çıxarılması nəzərdə tutulur.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …