Bakı-Sumqayıt dəmir yolu vasitəsilə hərəkət edən elektrik qatarları ilə gündəlik 4 minə yaxın sərnişin daşınır.
Moderator.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.
“Bilirsiniz ki, bu Bakı-Sumqayıt dəmir yolu əsaslı təmir olundu və istismara verildi. Hər gün bu yolla 4 min sərnişin daşınır. Bunun davamı olaraq Bakı dairəvi yolunun təmirinə başlamışıq. Bu yol da tikintidən sonra sərnişinlərin ixtiyarına veriləcək”, – deyə o bildirib.