Ana səhifə / Siyasət / “Hacı Məmmədov Cahangir Hacıyevin xanımını oğurlayandan sonra…”

“Hacı Məmmədov Cahangir Hacıyevin xanımını oğurlayandan sonra…”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı ” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo” xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda tərəflər son söz nitqi ilə çıxış ediblər.

“AqrarKredit” QSC-nin nümayəndəsi çıxış edərək şirkətdə vurulan ziyan üçün təqsirləndirilən şəxslərdən 7 milyon 624 min manat tutularaq ödənilməsini istəyib.

Bundan sonra C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev çıxış edib. O, mübahisələndirilən məsələlərin mülki xarakterli olduğu üçün cinayət işinə xitam verilməsini və müvəkkili barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Məhkəmədə fasilə elan olunub.

***

Günün ikinci yarısında məhkəmə prosesi davam etdirilib.

Vəkil F.Mehdiyev son söz nitqində deyib ki, müvəkkilinə verilən ittiham qanunsuz, əsassız və ədalətsizdir:

“Bu, mülki xarakterli işdir. Bu səbəbdən cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir. İbtidai istintaq qanunsuz aparılıb, bu qanunsuzluq məhkəmədə də davam etdirilir. Cinayət işi Cahangir müəllimin keçmiş birinci müavini Emil Mustafayevin şikayət ərizəsi əsasında başlanılıb. Cahangir Hacıyevin həbs edilməsi barədə qərardan Avropa Məhkəməsinə müraciət etmişik və iş prioritet məsələ kimi icraata qəbul edilib. Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Hacı Məmmədov tərəfindən oğurlanmasından sonra onun Daxili İşlər Nazirliyi ilə problemi var idi. Biz də buna görə istintaqın DİN yox, başqa qurum tərəfindən aparılması üçün vəsatətlər versək də, təmin edilmədi. Məhkəmədən də ittiham aktının təsdiqlənməsindən başqa gözləntimiz yoxdur. Prokuror təqsirləndirilən şəxslərə fantastik cəza istədi. Bunlar mütəşəkkil dəstədirlərsə, Emil Mustafayev və Akif Əliyev hardadı? Filial müdirlərini tutublar, amma kredit müqavilələrinə imza atan bu iki şəxs şahid kimi tanınıb. Cahangir Hacıyevin bankda rəhbər olduğu 2002-2014-cü illərdə 281 milyon manat gəlir olub, dövlətdən bir qəpik də alınmayıb”.

C.Hacıyevin digər vəkili Aqil Layicov çıxış edərək müvəkkilinə bəraət verilməsini istəyib.

Məhkəmə prosesi oktyabrın 5-də davam etdiriləcək.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın