Cümə axşamı , May 9 2024
Ana səhifə / Siyasət / Gürcüstan prezidenti yenidən Azərbaycana müraciət etdi

Gürcüstan prezidenti yenidən Azərbaycana müraciət etdi

Gürcüstan prezidenti Salome Zurabişvili ümumi sərhəddə razılaşmanın Gürcüstan və Azərbaycan arasındakı dostluğun möhkəmləndiriləcəyinə və mövcud olan bütün məsələləri aradan qaldıracağına əminliyini ifadə edib.

Virtualaz.org bildirir ki, bunu Gürcüstan prezidentinin media-spikeri Xatiya Moissrapişvili deyib.

O qeyd edib ki, sərhədin və onun delimitasiyasının razılaşdırılması mövzusu bu yaxınlardakı hadisədən- Azərbaycan sərhədçilərinin Udabno gürcü monastırına gedən yolu bir neçə günlüyə kəsmələrindən sonra yenidən gündəmə gəlib.

Xatırladaq ki, 25 apreldə gürcü tərəfi Azərbaycan sərhədçilərinin Keşikçidaq (David Qareci) kompleksinə yolu kəsdiklərini bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu məlumatı şərh edərkən bəyan edib ki, Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiyasının tərəfdarı olub: “Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə prosedurları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur.

Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır”.

Həmçinin oxuyun

Anar Məmmədli ilə bağlı hakimiyyətə çağırış edildi

Hüquq Müdafiəçilərinin Müdafiəsi üzrə Beynəlxalq Observatoriya Azərbaycanda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbər …