Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Siyasət / “Günəşli”də itkin düşən daha bir neftçinin meyiti tapıldı

“Günəşli”də itkin düşən daha bir neftçinin meyiti tapıldı

Xəzər dənizindəki “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən neftçilərdən daha birinin meyiti tapılıb.

Azərbycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yanvarın 29-da axşam saatlarında Xəzər dənizinin Türkmənistan sektorunda cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə diplomatik kanallarla məlumat verilib.

Yaxın saatlarda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi istintaq qrupu və “Azneft” İB-nin işçiləri ilə birlikdə cəsədin tanınması və Respublikaya gətirilməsi üçün Türkmənistana yola düşəcəklər.

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ‘Günəşli’ yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

Həmçinin oxuyun

Hikmət Hacıyevdən MÜHÜM AÇIQLAMA

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası zamanı …

Bir cavab yazın