Ana səhifə / Siyasət / Fazil Məmmədovun işdən çıxardığı baş katibə vəzifə verildi

Fazil Məmmədovun işdən çıxardığı baş katibə vəzifə verildi

Azərbaycan Güləş Federasiyasının sabiq baş katibi  Əjdər Cəfərova yeni vəzifə verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, 2 saylı Olimpiya Ehtiyat Təhsil İdman məktəbinə direktor təyin olunub.

Məlumatı saytımıza Təhsil Respublika İdman Mərkəzinin direktor müavini Çingiz Səmədov da təsdiqləyib.

Əjdər Cəfərov uzun illər Azərbaycan Güləş Federasiyasının baş katibi olub. O, 2016-cı il fevralın 4-də federasiya prezidenti Fazil Məmmədovun əmri ilə işdən azad olunub.

Qeyd edək ki, Əjdər Cəfərovun güləşçilərin şikayətinə və maddi yeyintilərə görə federasiyadan qovulduğu iddia olunurdu.

 

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …