Ana səhifə / Siyasət / Ermənistanda bu dəfə əks-kəşfiyyat şöbəsinin rəisi işdən çıxarıldı

Ermənistanda bu dəfə əks-kəşfiyyat şöbəsinin rəisi işdən çıxarıldı

Ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı gedən hərbi əməliyyatlarda ard-arda məğlub olan Ermənistan rəhbərliyi ölkənin güc strukturlarında dəyişikliyə davam edir.

“ Azinforum.az ” “news.am” portalına istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəisi, general-mayor Ovannes Karumyan tutduğu vəzifədən azad edilib.

Məlumatı Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin rəhbəri Artur Gorgian təsdiqləyib.

O,  işdən çıxarılma səbəbləri barədə məlumat verməyib.

Xatırladaq ki, ötən gün də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan tutduğu vəzifədən azad edilmişdi.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …