Ana səhifə / Siyasət / Ermənistan Təhlükəsizlik Şurasının katibi Bakıya səfər etməyə hazırdır

Ermənistan Təhlükəsizlik Şurasının katibi Bakıya səfər etməyə hazırdır

“Erməni tərəfi regional məsələləri müzakirə etmək üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə hazırdır”.

Bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Biz Ermənistan-Türkiyə münasibətlərinin ikitərəfli formatda müzakirəsini görürük, lakin bu məsələnin “3+3” formatında müzakirəsi üçün əsas olarsa, bu fürsətdən istifadə edərək bir-birimizin mövqelərini aydınlaşdıracağıq. Lazım gələrsə, biz həm Ankaraya, həm Bakıya getməyə, həm də bu ölkələrin nümayəndə heyətlərini İrəvanda qəbul etməyə hazırıq”, – deyə o qeyd edib.

A.Qriqoryanın sözlərinə görə, Ermənistan tərəfi regional məsələlər üzrə işləməyə və müzakirə təşkil etməyə hazırdır.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …