Ana səhifə / Siyasət / Erməni azərbaycanlı məmurun oğlunu keçəl etdi – VİDEO

Erməni azərbaycanlı məmurun oğlunu keçəl etdi – VİDEO

Rusiyanın qılıncoynatma üzrə yığma komandasının baş məşqçisi, azərbaycanlı İlqar Məmmədovun başını keçəl qırxıblar.

AzNews.az xəbər verir ki, baş məşqçinin “bərbər”ləri Rusiya yığmasının üzvləri Yana Yeqoryan və Timur Safin olublar. Məmmədovun saçı olimpiadadan əvvəl verdiyi sözə görə qırxılıb.

Belə ki, olimpiadadan əvvəl Məmmədov bildirib ki, Rusiya yığması 2 qızıl medal qazanacağı təqdirdə, başını keçəl qırxdıracaq. Rusiya qılıncoynadanları Rioda iki qızıl medal qazanıblar. Bundan sonra idmançılar məşqçiyə vədini xatırladıblar.

Qeyd edək ki, İlqar Məmmədov Azərbaycan Qılıncoyntama Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovun oğludur.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın