Bazar ertəsi , May 6 2024
Ana səhifə / Siyasət / Erməni anaları: “Oğullarımızın Qarabağda ölməsini istəmirik”

Erməni anaları: “Oğullarımızın Qarabağda ölməsini istəmirik”

Bu gün Ermənistan prezidentinin ofisi qarşısında silahlı qüvvələrdə qeyri-döyüş şəraitində ölmüş əsgərlərin valideynlərinin növbəti etiraz aksiyası keçirilib.

Oxu.az epress.am saytına istinadla xəbər verir ki, etirazçıların sözlərinə görə, ekspertizalar göstərib ki, onların oğulları öldürülüb və məmurlar bu faktlara laqeyd yanaşırlar.

Ölmüş əsgərlərdən birinin atası Ovsep Muradyan bildirib ki, o, Ermənistan vətəndaşının Dağlıq Qarabağda hərbi xidmət keçməsinin qanunsuz olduğu barədə məsələ qaldırıb.

Muradyanın sözlərinə görə, ombudsman da işlə bağlı maraqlanmır və parlamentdə yalan olaraq bildirib ki, Qarabağda xidmət çəkmiş əsgərlərin valideynlərindən şikayətlər almayıb.

Həmçinin oxuyun

Hikmət Hacıyevdən MÜHÜM AÇIQLAMA

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası zamanı …

Bir cavab yazın