“Mübariz Mənsimovun saxlanılmasına çox üzüldüm. Doğrusu, onun saxlana
biləcəyi heç ağlıma gəlməzdi. O, Azərbaycanı və Azərbaycan türklərini
ən yaxşı təmsil edən vətənpərvər oğullardan biridir. Görünür, ortada bir
anlaşılmazlıq var”.
Cebhe.info xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində deputat Razi Nurullayev yazıb.
R.Nurullayev bildirib ki, Mübariz Mənsimovun FETÖ-çü olma ittihamı ilə saxlanılması şübhəli görünür:
“İnana
bilmirəm ki, Mübariz Mənsimov cənab Rəcəb Tayyib Ərdoğan iqtidarına
qarşı gəlmiş olsun. Buna səbəb də görə bilmirəm. Cənab Ərdoğan da qardaş
Türkiyə və qardaş ölkələr üçün çox gözəl işlər görmüş böyük siyasi
xadim və şəxsiyyətdir. Mübariz Mənsimovun saxlanılması Azərbaycan üçün
də yaxşı hal deyil və bizə başucalığı gətirmir. Bu gün birlik,
inteqrasiya, möhkəm vətəndaş təməli, möhkəm beynəlxalq lobbi gücü tələb
olunan zaman belə bir hadisənin baş verməsi məyusedicidir. Ümid edirəm
ki, Azərbaycan və Azərbaycan vətəndaşları da Mübariz Mənsimovun yanında
dayanacaq, onun günahsız olduğuna şahidlik edəcəklər. Mübariz Mənsimovu
tezliklə azadlıqda görmək istəyirik”.
Həmçinin oxuyun
Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı
Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …