Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / Daxili İşlər Nazirliyində yeni təyinatlar…

Daxili İşlər Nazirliyində yeni təyinatlar…

Daxili İşlər Nazirliyində növbəti kadr təyinatları olub.
DİN-dən verilən məlumata görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə Xəzər Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki İlqar Məmmədov Bərdə Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Nazirin digər əmri ilə Xəzər Rayon Polis İdarəsinin rəis müavini Habil Həsənov Yasamal Rayon Polis İdarəsinin rəis müavini təyin edilib.
Xəzər Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə hələki təyinat yoxdur.
Qeyd edək ki, nazir Ramil Usubovun əmri ilə Bərdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev bir neçə gün bundan əvvəl vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Bu o deməkdir ki, tarixən ermənilərin dövləti, dövlətçilik ənənələri olmayıb”

“Belə çıxa bilər ki, erməni xalqının tarixi imperiya tarixidir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan …

Bir cavab yazın