Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Siyasət / “Bu başı elə özünüz öpüb, gözünüzün üstdə qoyacaqsınız!” – Mirşahindən sərt xəbərdarlıq

“Bu başı elə özünüz öpüb, gözünüzün üstdə qoyacaqsınız!” – Mirşahindən sərt xəbərdarlıq

Bağlanan ANS şirkətlər qrupunun vitse-prezidenti Mir Şahin Ağayev ötən gün Prezident İlham Əliyevə etdikləri müraciəti tənqid edənlərə sərt mesajlar verib.
Mia.az xəbər verir ki, o, “Facebook”dakı açıqlamasında telekanalın açılma ehtimalının yüksək olduğuna işarə vurmaqla yanaşı, onları tənqid edənlərə özünəməxsus formada xəbərdarlıq edib:
“ANS yenə də göstərir. Dostları və düşmənləri! Dostlardan danışmayacağam, amma nə qədər qarğa-quzğun var imiş, ilahi! Heç demə bizim gözlərimizmiş onları göyərçin gözündə görən.
 Yəni ANS-i qaralayan bu bədbəxtlər doğrudan inanırlar ki, vəssalam?! Bitdi?! Ayy, ayy, ayy! Tələsmək lazım deyil. ANS elə dəyərdir ki, zaman keçdikcə müqəddəsləşəcək. Abu Lahab olmayın. Bəzən başa atılan çirkablar düşdüyü başı sonradan and yerinə çevirir. Başı batırmayın. Çünki sonra bu başı elə özünüz öpüb, gözünüzün üstdə qoyacaqsınız!”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Bu o deməkdir ki, tarixən ermənilərin dövləti, dövlətçilik ənənələri olmayıb”

“Belə çıxa bilər ki, erməni xalqının tarixi imperiya tarixidir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan …

Bir cavab yazın