Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / Bakı Slavyan Universitetinin müəllimləri tətilə hazırlaşır…

Bakı Slavyan Universitetinin müəllimləri tətilə hazırlaşır…

Bakı Slavyan Universitetində iki aydır müəllimlərə maaş verilmədiyi deyilir.

Bu barədə məlumatı sayta universitetdə dərs deyən müəllimlər veriblər.

Onların sözlərinə görə, artıq ikinci aydır ki, heç bir səbəb gətirilmədən əmək haqqlarını ala bilmirlər.

Şikayət edən müəllimlər qeyd edirlər ki, məsələ ilə bağlı bir neçə dəfə universitet rəhbərliyinə məlumat versələr də, lakin dolğun bir məlumat almayıblar.

Müəllimlər qeyd edirlər ki, Novruz bayramına kimi maaşlar verilməsə yeni aydan universitetə gəlib dərs deməkdən imtina edəcəklər.

P.S Əməkdaşımız məsələ ilə bağlı dəfələrlə universitetə zəng edib açıqlama almaq istəsə də universitet rəhbərliyindən heç kim zənglərimizə cavab vermədi. (Qaynar.Az)

Həmçinin oxuyun

Təbriz Musayev: “Bu o deməkdir ki, tarixən ermənilərin dövləti, dövlətçilik ənənələri olmayıb”

“Belə çıxa bilər ki, erməni xalqının tarixi imperiya tarixidir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan …

Bir cavab yazın