Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / “Azərbaycan təcavüzkarlıq edən erməni mövqelərini zərərsizləşdirdi” – Abdullah Ağar

“Azərbaycan təcavüzkarlıq edən erməni mövqelərini zərərsizləşdirdi” – Abdullah Ağar

Azərbaycan Ordusu ermənilərin Laçın və Kəlbəcər istiqamətlərində genişmiqyaslı təxribatlarına qarşı ehtiyat tədbirləri görür və buna uyğun cavab verir”.

Bunu Musavat.com-a Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

O bildirib ki, hadisələrin əsasında sadəcə Qarabağ məsələsi dayanmır: “Ermənistan sadəcə Qarabağ torpaqlarına deyil, Azərbaycanın sərhədlərinə də təcavüz edir. Ermənistan 10 noyabr sazişinə əməl etmir. Qarabağda demoqrafik və topoqrafik intriqalar yaradır. Sərhəd mübahisələrindən istifadə edərək təxribatlar törədir. Diqqəti başqa istiqamətlərə yönəltmək məqsədi güdür. Ermənistan daim öz müttəfiqlərini aldadaraq onları Azərbaycana qarşı təxribata çəkir. Azərbaycan ordusu demək olar ki, bütün məqamlarda üstünlük əldə etdi. Azərbaycan ordusu üstün bir ordu olaraq beynəlxalq hüquqa uyğun şəkildə davranır. Öz torpaqlarını, gələcəyini qoruyur. Azərbaycan bir təcavüzkar ölkə ilə qarşı-qarşıyadır. Lakin Ermənistan layiqli cavabını aldı. Həm suçlu, həm güclü olan Ermənistan ağlayaraq dünyadan yardım istəyir. Ermənistan 44 günlük müharibədə aldığı travmanı bu yolla kompensasiya etməyə çalışır. Azərbaycan sərhəddə təcavüzkarlıq edən, atəş açan erməni mövqelərini zərərsizləşdirdi”

Həmçinin oxuyun

Təbriz Musayev: “Bu o deməkdir ki, tarixən ermənilərin dövləti, dövlətçilik ənənələri olmayıb”

“Belə çıxa bilər ki, erməni xalqının tarixi imperiya tarixidir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan …