Ana səhifə / Siyasət / “Aztelekom” “Azərsu” ASC-ni məhkəməyə verib

“Aztelekom” “Azərsu” ASC-ni məhkəməyə verib

“Aztelekom” İstehsalat Birliyi (İB) “Azərsu” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
“Report”un məlumatına görə, İB rabitə kabelinin mühafizə zonasındakı tikililərin sökülməsi və ya kabel-kanalizasiya qurğularının köçürülməsi üçün hesablanmış məbləğin tutulması barədə tələb irəli sürüb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı rədd edib.
Qərardan narazı qalan “Aztelekom” apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.
İddia olunan məbləğ açıqlanmayıb.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın