Ana səhifə / Siyasət / Azad Rəhimov: “İslamiadanın Açılış mərasiminə 30-dək ölkədən federasiya prezidenti gələcək”

Azad Rəhimov: “İslamiadanın Açılış mərasiminə 30-dək ölkədən federasiya prezidenti gələcək”

Ölkəmizdə keçiriləcək 4-cü İslam Oyunları öncəsi mətbuat konfransı təşkil edilir.

Musavat.com xəbər verir ki, Gənclər və İdman naziri Azad Rəhimovun iştirakı ilə keçirilən konfransda oyunlarla bağlı çıxışlar edilir və jurnalistlərin sualları cavablandırılır.

Gənclər və İdman naziri Azad Rəhimov, suallara cavab verərəkən bildirib ki, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının Açılış mərasimində 30-dək ölkədən federasiya prezidentləri və rəhbər şəxslərinin iştirakı gözlənilir. Mərasimdə digər ölkələrin prezidentlərinin iştirakı təsdiqlənməyib”.

Qeyd edək ki, İslamiadanın Açılış mərasimi mayın 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın